"Real" 58 yaşlı təcrübəli mütəxəssisi baş məşqçi kimi düşünmür

İdman Materials 1 May 2026 09:21 (UTC +04:00)
"Real" 58 yaşlı təcrübəli mütəxəssisi baş məşqçi kimi düşünmür

Bakı. Trend:

Yurgen Klopp “Real"a rəhbərlik etməyəcək.

Trend xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl "Liverpul"u çalışdırmış 58 yaşlı mütəxəssisin “kral klubu”nun baş məşqçi postuna əsas namizədlərdən biri olduğu bildirilirdi.

Lakin mətbuatda yazılanlara görə, madridlilər alman məşqçinin təyinat variantını nəzərdən keçirmir və digər namizədlərə fokuslanıblar.

Qeyd olunur ki, Jurgen Klopp gələcəkdə Almaniya millisini çalışdırmaq istəyir, amma bu məsələdə tələsmir. O, hazırda Almaniya yığmasının baş məşqçisi olan Julian Nagelsmanna böyük hörmətlə yanaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti