Bakı. Trend:
Blokadanın başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarından çıxan və ya İrana gedən 44 ticarət gəmisini ələ keçirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) xəbər verib.
"Bu günə qədər 44 kommersiya gəmisinə geri dönmək və ya limana qayıtmaq əmri verilib", - deyə bildirilib.
