ABŞ İtaliya və İspaniyadakı qoşunlarının sayını azalda bilər

Dünya xəbərləri Materials 1 May 2026 03:58 (UTC +04:00)

Bakı. Trend:

Prezident Donald Tramp ABŞ-nin xaricdə yerləşən hərbi kontingentlərinin sayının təkcə Almaniyada deyil, həm də İtaliya və İspaniyada azaldıla biləcəyini bildirib.

Trend-in məlumatına görə, Ağ Evin müxbirləri Trampdan İtaliya və İspaniyaya yönəlmiş tənqidlərini nəzərə alaraq bu məsələni nəzərdən keçirib-keçirməyəcəyini soruşublar. O isə “Bəli, bəlkə də” cavabını verib.

“Baxın, niyə bunu etməməliyəm? İtaliya bizə kömək etməyib, İspaniya isə tamamilə dəhşətlidir”, — deyə Amerika lideri əlavə edib.

Xəbər lenti

Xəbər lenti