Tramp gülləkeçirməz jilet geyinməkdən imtina etdi

Dünya xəbərləri Materials 1 May 2026 12:28 (UTC +04:00)
Tramp gülləkeçirməz jilet geyinməkdən imtina etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Artıq bir neçə dəfə sui-qəsd cəhdləri ilə üzləşməsinə baxmayaraq ABŞ Prezidenti Donald Tramp gülləkeçirməz jilet geyinməkdən imtina edir.

Trend xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə verdiyi açıqlamada bildirib.

ABŞ Prezidenti hesab edir ki, gülləkeçirməz jilet geyinmək onu daha kök göstərə bilər.

“Əgər 20 funt (təxminən 9 kiloqram) daha ağır görünsəm, buna dözüb-dözə bilməyəcəyimi bilmirəm”, – deyə Tramp jurnalistlərin sualına cavab verib.

Xatırladaq ki, Trampa ötən həftəsonu növbəti dəfə sui-qəsd cəhdi olub. Aprelin 25-də Ağ Ev müxbirləri assosiasiyasının qəbul mərasiminin keçirildiyi “Hilton” otelində atəş açılıb. ABŞ lideri və həmin anda tədbirdə olan administrasiya nümayəndələri təxliyə edilib, hücum edən şəxs isə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti