Yaxın günlərdə Bayırşəhərdəki 33 abidə reysterə daxil ediləcək - Fariz Hüseynli

Cəmiyyət Materials 1 May 2026 12:12 (UTC +04:00)
Yaxın günlərdə Bayırşəhərdəki 33 abidə reysterə daxil ediləcək - Fariz Hüseynli
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bayırşəhərdəki bütün mədəni abidəəlr qorunacaq.

Trend xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən III Forum çərçivəsində “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi ” mövzusunda panel sessiyasında sualları cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Bayırşəhərdə 73 abidənin qorunması ilə bağlı tədbirlər görülür:

"Yaxın günlərində 33 abidənin reyestrə daxil edilməsi üçün tədbirlər görülür. Həmin ərazidə ümumilikdə 106 abidə olacaq. Onların mühafizəsi üçün aidiyyəti qurumlar nəzarət edir. Ərazidə olan bütün tarixi abidələr qorunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti