Bakı. Trend:
Yelo Bank üçün innovasiya hər şeydən əvvəl sadəlik deməkdir. Müasir
bankçılıq həllərini müştəriləri üçün daha əlçatan və sürətli etməyə
çalışan Bank, daxili proseslərin robotlaşdırılması (RPA)
istiqamətində addımlarını sürətlə davam etdirir.
Bu layihənin ilk uğurlu nəticəsi kimi, biznes hesablarının Dövlət
Vergi Xidməti (DVX) portalında qeydiyyatı prosesi tamamilə rəqəmsal
köməkçilərə (robotlara) həvalə olunub. Əvvəllər bir əməkdaş
tərəfindən mexaniki şəkildə bir neçə dəqiqəyə icra olunan bu
proses, artıq robotlar vasitəsilə cəmi 2 saniyəyə tamamlanır. Bu
yenilik həm insan faktoru ilə bağlı riskləri aradan qaldırır, həm
də müştərilərin bankda gözləmə müddətini minimuma endirir. Rutin
tapşırıqlar avtomatlaşdıqca, əməkdaşlar bütün diqqətini müştərilər
üçün daha faydalı və yaradıcı ideyalar üzərində cəmləyə
bilirlər.
Bankın strateji tərəfdaşı olan "Linktera" şirkəti ilə keçirilən
növbəti işgüzar görüşdə də məhz bu uğurlu nəticələr və gələcək
hədəflər müzakirə edilib. Yelo Bank il ərzində daha çox biznes
prosesini robotlaşdırılmış sistemlərə keçirməyi və rəqəmsal
transformasiyanı bankın bütün sahələrində prioritet istiqamət kimi
saxlamağı planlaşdırır.
Yelo Bank müasir texnoloji həlləri tətbiq etməklə həm daxili
prosesləri sadələşdirməyi, həm də müştərilərinə hər addımda daha
çevik və parlaq xidmət təqdim etməyi hədəfləyir.
Sərfəli şərtlərlə tecili
kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin
və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank-ın proseslərində rəqəmsal transformasiya