Ağdam. Trend:
Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3 kişi, 1 qadın) 01.05.2026-cı il tarixində saat 20:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
XXX
21:33
Ağdamda baş verən qəza zamanı ölən və yaralananların kimliyi məlum olub.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, qəza zamanı "VAZ"2107 markalı avtomobilin sürücüsü Cəsarət Hacıyev və sərnişini Kərimov Surxay ölüb.
Xəsarət alanlar isə "Opel" sürücüsü Süleymanov Yunis Səfərli Fuad, Səfərli Elmir, Məmmədova Alimə müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
XXX
19:36
Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, qəza rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili qarşıdan gələn “Opel” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə ağır xəsarətlər alıb.
Məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadalarının iki avtomobili və əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
