Martda bankomatlar vasitəsilə nağd pul çıxarışlarının ümumi məbləği açıqlanıb

İqtisadiyyat Materials 1 May 2026 18:55 (UTC +04:00)
Martda bankomatlar vasitəsilə nağd pul çıxarışlarının ümumi məbləği açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mart ayında Azərbaycanda bankomatlar vasitəsilə nağd pul çıxarışlarının sayı 15,553 milyon əməliyyat, ümumi məbləği isə 4,031 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bankomatlardan nağd pul çıxarışlarının sayı 3,05 milyon əməliyyat və ya 24,1 faiz azalıb, əməliyyatların həcmi isə 816 milyon manat və ya 25,4 faiz artıb.

Ötən ilin mart ayında Azərbaycanda bankomatlar vasitəsilə nağd pul çıxarışlarının sayı 12,503 milyon əməliyyat, ümumi məbləği isə 3,215 milyard manat olub.

Qeyd edək ki, mart ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı öncəki ayla müqayisədə 62 min ədəd artıb və ümumilikdə 22 milyon 409 min ədəd təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti