Gənclər müstəmləkəçiliyə qarşı mübarizənin əsas gücüdür - Orlan Paristan

Siyasət Materials 1 May 2026 14:25 (UTC +04:00)
Gənclər müstəmləkəçiliyə qarşı mübarizənin əsas gücüdür - Orlan Paristan
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Reünion adası artıq 400 ildir kapitalizm və Fransa müstəmləkəçiliyinin ikili təzyiqi altında yaşayır və bu vəziyyət ən çox gənclərə təsir edir.

Trend xəbər verir ki, bu fikirləri “Ka Ubuntu” azadlıq hərəkatının üzvü Orlan Paristan “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, adada gənclər arasında işsizlik səviyyəsi 24 faizə çatır, Mayot adasında isə bu göstərici 59 faizdir.

Paristas vurğulayıb ki, bu rəqəmlər imperialist sistemin nəticəsidir və həmin sistem cəmiyyətləri iqtisadi maraqlar naminə zəiflədir:

“Fransanın müstəmləkə ərazilərində gənclər yoxsulluq, psixoloji problemlər və artan zorakılıqla üzləşir”.

Çıxışında tarixi faktlara da toxunan fəal bildirib ki, 1962–1984-cü illər arasında 1600-dən çox uşaq ailələrindən zorla ayrılaraq Fransaya aparılıb. Onun sözlərinə görə, bu, müstəmləkə siyasətinin real və gizlədilən tərəflərindən biridir.

Paristas həmçinin gənclərin militarizasiyasını tənqid edərək qeyd edib ki, xüsusi hərbi proqramlar vasitəsilə gənclər Fransa ordusuna cəlb olunur.

O, təhsil sahəsində isə bir çox ixtisasların adada mövcud olmaması səbəbindən gənclərin ölkəni tərk etməyə məcbur qaldıqlarını vurğulayıb:

“Nəticədə ada intellektual potensialını itirir və xaricdən gələnlər yerli gənclərin tuta biləcəyi vəzifələri tutur. Müasir dövrdə informasiya imkanları gənclərə alternativ baxışları görmək imkanı yaradır.

Mədəniyyət və dilin qorunması da mübarizənin əsas istiqamətlərindəndir və gənclərin şüurlanması dekolonial gələcəyin qurulması üçün əsas şərtdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti