Levandovskinin yeni klubu məlum oldu

İdman Materials 2 May 2026 09:38 (UTC +04:00)
Levandovskinin yeni klubu məlum oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Yuventus” Barselonanın hücumçusu Robert Levandovski ilə maraqlanır.

Trend xarici mediaya istinadən xəbər verir ki, Turin klubu artıq futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparıb.

37 yaşlı forvard isə “Yuventus”un növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı halda bu transferi nəzərdən keçirməyə hazırdır.

Xəbərə görə, “Yuventus” Levandovski üçün “Barselona”dan ayrılacağı təqdirdə əsas variant sayılır. Onun agenti Pini Zahavinin artıq klub rəhbərliyi ilə görüş keçirdiyi və tərəflərin illik təxminən 6 milyon avro maaş + bonuslar nəzərdə tutan birillik müqavilə üzərində razılığa gəldiyi iddia olunur.

Qeyd edək ki, Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Kataloniya klubu ona yeni sözləşmə təklif etsə də, maaşın ciddi şəkildə azaldılması variantı futbolçunu qane etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti