Bakı. Trend:
Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri üzrə əsaslı xərclər 2026-cı ilin birinci rübündə 28 milyon dollar təşkil edib və 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə artıb.
Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.
Eyni zamanda, əməliyyat xərcləri bir il öncəki 32 milyon dollardan 30 milyon dollara düşüb ki, bu da 6,25% azalma deməkdir.
2006-cı ilin iyun ayında istismara verildiyi vaxtdan 2026-cı ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə 4,7 milyard bareldən çox neft (təxminən 626 milyon ton) nəql edilib.
“BTC Ko”nun səhmdarları:
bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.
