Bakı. Trend:
2026-cı ilin birinci rübündə bp və onun konsorsium üzrə tərəfdaşlarının Azərbaycanın “Şahdəniz” yatağı üzrə fəaliyyətlər üçün əməliyyat xərcləri təxminən 785 milyon dollar, əsaslı xərcləri isə təxminən 336 milyon dollar təşkil edib.
Trend bu barədə bp-yə istinadən məlumat verir.
Müqayisə üçün, 2025-ci ilin birinci rübündə əməliyyat xərcləri 726 milyon dollar, əsaslı xərclər isə 213 milyon dollar təşkil edib ki, bu da illik ifadədə əsaslı xərclərdə 57,7%, əməliyyat xərclərində isə 8,13% artım deməkdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 74,2 milyon (ildə təqribən 27,1 milyard) standart kubmetrdir.
Şahdəniz üzrə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).
