bp AÇG-nin istismara verilməsindən etibarən hasil olunan səmt qazının ümumi həcmini açıqlayıb

Energetika Materials 1 May 2026 18:03 (UTC +04:00)
bp AÇG-nin istismara verilməsindən etibarən hasil olunan səmt qazının ümumi həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Azəri-Çıraq-Günəşli yataqlar bloku (AÇG) üzrə kommersiya istismarına başlanıldığı (1997-ci ilin noyabr ayı) vaxtdan 2026-cı ilin birinci rübünün sonunadək dövlətə 62 milyard kubmetr səmt qazı təhvil verilib.

Trend bu barədə bp-yə istinadən məlumat verir.

Həmin müddət ərzində blok üzrə təxminən 4,6 milyard barel neft hasil olunub.

2026-cı ilin birinci rübündə Azərbaycan blokunda ümumi hasilat orta hesabla günə təxminən 325 min barel (b/g) və ya ümumilikdə təxminən 29 milyon barel (4 milyon ton) təşkil edib. Müqayisə üçün, 2025-ci ilin birinci rübündə hasilat 331 min b/g olub. Beləliklə, illik ifadədə yataq üzrə hasilat 1,8% azalıb.

AÇG-nin hasilat göstəriciləri (b/g) platformalar üzrə aşağıdakı şəkildə olub:

Çıraq (19 500), Mərkəzi Azəri (89 800), Qərbi Azəri (74 800), Şərqi Azəri (43 900), Dərinsulu Günəşli (47 700), Qərbi Çıraq (22 600) və ACE (26 700)

AÇG-də iştirak payları aşağıdakı kimidir:

bp (operator- 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ONGC Videsh (2,92%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti