Şahdəniz yatağında istismarın başlanmasından bəri hasil olunan qazın ümumi həcmi məlum olub

Energetika Materials 1 May 2026 19:48 (UTC +04:00)
Şahdəniz yatağında istismarın başlanmasından bəri hasil olunan qazın ümumi həcmi məlum olub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Şahdəniz yatağının 2006-cı ildə istismara verildiyi vaxtdan 2026-cı ilin birinci rübünün sonunadək bu yataqdan təxminən 271 milyard kubmetr qaz hasil edilib.

Bu barədə Trend bp-yə istinadən məlumat verir.

Bundan əlavə, qeyd olunan dövrdə yataqda təxminən 53 milyon ton kondensat istehsal olunub.

2026-cı ilin ilk üç ayında Şahdəniz yatağından ( ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə) təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 7 milyon barel) kondensat hasil edilib.

Qaz və kondensat hasilatı göstəriciləri 2025-ci ilin eyni dövrünün səviyyəsində qalıb.

Hazırda “Şahdəniz”in mövcud obyektlərinin istehsal gücü sutkada təxminən 74,2 milyon standart kubmetr qaz, yaxud ildə təxminən 27,1 milyard kubmetr təşkil edir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda günə təxminən 74,2 milyon (ildə təqribən 27,1 milyard) standart kubmetrdir.

Layihənin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19,00%), SGC (16,02%), NICO (10,00%) və MVM (5,00%) şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti