Bakı. Trend:
Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.
Trend Türkiyə mediaya istinadən xəbər verir ki, bu gün "Qalatasaray" səfərdə "Samsunspor"un qonağı olacaq.
İstanbul təmsilçisi bu görüşdə çempionluğu təmin edə bilər. "Sarı-qırmızılar" qələbə qazansa, mövsümün bitməsinə iki tur qalmış qızıl medalların sahibi olacaq.
"Qalatasaray" 31 turdan sonra 74 xal toplayıb. Okan Burukun rəhbərlik etdiyi kollektiv 2-ci pillədə yer alan "Fənərbaxça"nı 7 xal qabaqlayır.
