Almaniya mülki infrastrukturunu müharibəyə hazırlamağa başlayıb

Dünya xəbərləri Materials 2 May 2026 21:06 (UTC +04:00)
Almaniya mülki infrastrukturunu müharibəyə hazırlamağa başlayıb

Bakı. Trend:

Almaniya hökuməti mülki infrastrukturu hərbi məqsədlərə uyğun şəkildə yenidən qurmağa başlayıb.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Bildirilib ki, Baltik dənizi sahilində yerləşən Bremerhavendə Avropanın ən böyük avtomobil limanı 1,35 milyard avro dəyərində modernləşdiriləcək. Dövlət tərəfindən maliyyələşdirilən investisiya "Leopard" tankları kimi hərbi texnikanı gələcək cəbhə xətlərinə daşıya bilməsi üçün yükləmə platformalarını gücləndirmək üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti