Bakı. Trend:
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı İqtisadiyyat və Kimya fakültələri üçün dispetçer vakansiyası elan edib.
Bu barədə Trend-ə MDU-nun Bakı filialından məlumat verilib.
Vakant olan vəzifə haqqında məlumatı təqdim edirik:
İş barədə məlumat
- Ali təhsil müəssisəsində mövcud tədris planları, normativlər və illik tədris yükü əsasında dərs cədvəllərinin hazırlanması və tənzimlənməsi;
- Fakültələr üzrə mühazirə, seminar, praktik (laborator) məşğələlər və imtahanlar üçün auditoriyaların müəyyənləşdirilməsi və cədvəllərdə nəzərə alınması;
- Tələbələrin davamiyyəti, semestr ərzində əldə etdiyi nəticələr və imtahan göstəriciləri barədə fakültə rəhbərliyinin məlumatlandırılması;
- Tədris-metodiki şöbəyə tələb olunan hesabat və məlumatların təqdim edilməsi.
İş qrafiki
- 6 günlük iş həftəsi
- Həftə içi: 09:00 – 17:00
- Şənbə günü: 09:00 – 15:00
İş yeri / Ünvan
- Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küç. 1
Moskva Dövlət Universitetinin Bakı Filialın Kampusu
Əmək haqqı
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Namizədə tələblər
- Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan və rus dillərini bilməsi;
- Dəqiq, məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;
- Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları.
Müraciət qaydası
Maraqlanan namizədlər Azərbaycan və ya rus dilində hazırlanmış şəkilli CV-lərini məktubun mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 31.05.2026