Bakı. Trend:
ABŞ Energetika Nazirliyi növbəti maliyyə ili üçün büdcəsindən nüvə başlığı olan güclü yeni bunker bombası hazırlamaq üçün milyonlarla dollar ayırmağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "The War Zone" portalı xəbər verib.
Məlumata əsasən, söhbət "Nuclear Deterrent System–Air-delivered" (NDS-A) sistemindən gedir ki, bu da bunkerlərin və digər yeraltı obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub. Portalın məlumatına görə, agentlik bombanın hazırlanması üçün təxminən 100 milyon dollar almağı planlaşdırır.