“Şamaxı” “Sabah”ı qəbul edəcək - Misli Premyer Liqası

İdman Materials 3 May 2026 09:34 (UTC +04:00)
“Şamaxı” “Sabah”ı qəbul edəcək - Misli Premyer Liqası

Bakı. Trend:

Bu gün futbol üzrə Misli Premyer Liqasının 30-cü turu çərçivəsində “Şamaxı” “Sabah”ı qəbul edəcək.

Trend xəbər verir ki, saat 16:00-da start götürəcək qarşılaşmanı Kamal Umudlu idarə edəcək.

“Şamaxı” 35 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. 72 xala malik “Sabah” isə liderdir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 30-cu tur
3 may (bazar)
16.00. “Şamaxı” - “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu

Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti