Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İranın qalan raket potensialını məhv etmək istəyərdi.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Florida ştatının Uest-Palm-Biç şəhərində jurnalistlərə deyib.
“Bəli, mən bunu məhv etmək istəyərdim”, – deyə o, İranın raket texnikası istehsalı üzrə qalan imkanları ilə bağlı suala münasibət bildirərkən qeyd edib.
ABŞ administrasiyasının iddiasına görə, ABŞ və İsrailin zərbələri nəticəsində Tehranın bu sahədə cəmi 15 faiz potensialı qalıb.