"Şalke" 3 ildən sonra Bundesliqaya qayıdıb

İdman Materials 3 May 2026 04:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Şalke” klubu 3 illik fasilədən sonra Almaniyanın əsas Bundesliqasına vəsiqə qazanıb.

Trend-in məlumatına görə, Gelzenkirxen təmsilçisi bunu 2-ci Bundesliqanın XXXII turunda evdə “Fortuna”ya 1:0 hesabı ilə qalib gəlməklə reallaşdırıb. Görüşdə yeganə qolu 15-ci dəqiqədə Türkiyə millisinin hücumçusu Kənan Karaman vurub.

Bu nəticədən sonra xallarını 67-yə çatdıran “Şalke” mövsümün başa çatmasına 2 tur qalmış həm çempionluğu, həm də Bundesliqaya vəsiqəni təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti