Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Tehranın yeni sülh təklifini nəzərdən keçirdiyini və onu qəbuledilməz hesab etdiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti İsrailin "Kan" radiosuna müsahibəsində deyib.
"İranın yeni təklifini araşdırdım və bu, mənim üçün qəbuledilməzdir", - deyə o bildirib.
ABŞ prezidenti əlavə edib ki, onun fikrincə, "[İrana qarşı] kampaniya çox yaxşı gedir".
