ABŞ "Azadlıq Layihəsi" əməliyyatına 15 min əsgər göndərəcəyini açıqlayıb

Dünya xəbərləri Materials 4 May 2026 06:04 (UTC +04:00)
ABŞ "Azadlıq Layihəsi" əməliyyatına 15 min əsgər göndərəcəyini açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazında hərbi münaqişə səbəbindən bu akvatoriyada qalan gəmilərin keçirilməsi üçün həyata keçiriləcək “Project Freedom” (“Azadlıq Layihəsi”) əməliyyatına təxminən 15 min amerikalı hərbçi, raket esminesləri və 100-dən çox təyyarə cəlb olunacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində yazıb.

"ABŞ-nin “Azadlıq Layihəsi” əməliyyatına hərbi dəstəyi raket esmineslərini, quruda və dənizdə yerləşən 100-dən çox hava vasitəsini, müxtəlif pilotsuz platformaları və 15 min hərbçini əhatə edəcək", - deyə Komandanlığın açıqlamasında bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti