Bakı. Trend:
Kolumbiyanın Kauka departamentinin Popayan şəhərində keçirilən monster-trakların nümayişi zamanı azı 3 nəfər həlak olub, daha 40-a yaxın şəxs yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Noticias Caracol" qəzeti xəbər verib.
Məlumata əsasən, avtomobillərdən biri tamaşaçıların üzərinə sürüb.
Bildirilib ki, monstre-trakı idarə edən qadın sürücü tryuk zamanı nəqliyyat vasitəsinə nəzarəti itirib və nəticədə avtomobil izdihama doğru yönələrək baryerləri dağıdıb. Maşın həmçinin işıq dirəyinə çırpılıb və bu da qısaqapanmaya səbəb olub.
Kauka departamentinin qubernatoru Oktavio Qusman həlak olanların ailələrinə başsağlığı verib və əhalini əmin edib ki, ölkənin Səhiyyə Nazirliyi xüsusi xidmət orqanları ilə birlikdə yaranmış vəziyyətin aradan qaldırılması üçün bütün zəruri tədbirləri görəcək.