Atlantik okeanında kruiz gəmisində hantavirusdan bir neçə nəfər ölüb

Cəmiyyət Materials 4 May 2026 08:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Atlantik okeanında kruiz gəmisində hantavirusun yayılması nəticəsində üç nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə “France 24” telekanalı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadla bildirib.

ÜST-nin məlumatına görə, yoluxma hallarından biri laboratoriyada təsdiqlənib, daha beş nəfər isə şübhəli hal kimi qiymətləndirilir. Cənubi Afrikada ümumilikdə altı nəfərin yoluxduğu qeyd olunur. Onlardan üçü həyatını itirib, biri isə reanimasiyadadır.

Bildirilib ki, epidemiya Argentinadan Kabo-Verdeyə gedən “MV Hondius” kruiz gəmisində baş verib.

Məqalədə vurğulanır ki, hantavirus adətən gəmiricilərdən insanlara keçir və ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti