Azərbaycanda mədəniyyət layihələrinin qrant maliyyələşdirilməsi qaydaları dəyişir

Cəmiyyət Materials 4 May 2026 20:30 (UTC +04:00)
Azərbaycanda mədəniyyət layihələrinin qrant maliyyələşdirilməsi qaydaları dəyişir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasının layihəsi hazırlanacaq.

Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.

Belə ki, Mədəniyyət Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyiqyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasının layihəsini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, “Mədəniyyət haqqında” Qanuna əsasən, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə “Qrant haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti