Bakı. Trend:
Türkiyə və Ermənistan tarixi Ani körpüsünün birgə bərpası ilə bağlı anlaşma memorandumu imzalayıblar.
Trend xəbər verir ki, bu barədə Yerevanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak edən Türkiyə vitse-prezident Cevdet Yılmaz məlumat verib.
Yılmaz bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar zamanı Ani körpüsünün birgə bərpası ilə bağlı anlaşma memorandumu imzalanıb .
Onun sözlərinə görə, sənədi iki ölkənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan imzalayıblar.
Qeyd edək ki, XI əsrə aid körpünün bərpası ilə bağlı iki ölkənin nümayəndələri arasında 2025-ci ildə razılaşma əldə edilib. Bu məsələ Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılması danışıqları zamanı dəfələrlə müzakirə olunub.
