Səyyar ASAN xidmət Tbilisiyə gedir

Cəmiyyət Materials 4 May 2026 13:30 (UTC +04:00)
Səyyar ASAN xidmət Tbilisiyə gedir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Səyyar ASAN xidmət Tbilisiyə gedir.

Trend xəbər verir ki, bu barədə ASAN xidmət məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində 5, 6 və 7 iyun 2026-cı il tarixlərində vətəndaşlarımız üçün aşağıdakı xidmətlər göstəriləcək:

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Məhkumluq barədə arayışların verilməsi.

Müraciət qaydası:

Xidmətlərdən yararlanmaq üçün mütləq Elektron Növbə Portalından növbə götürmək lazımdır:

appointment.mfa.gov.az/az

Vacib qeyd: Portalda səfirliyi seçdikdən sonra müvafiq xidməti və tarixi (5, 6 və 7 iyun) qeyd etməyi unutmayın.

Ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti