Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycan banklarının informasiya və rabitə sektoru üzrə biznes kredit portfeli 777,8 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 12,9 milyon manat və ya 1,7%, ötən ilin eyni dövrünə nisbətən isə 141,9 milyon manat 22,3% artıb.
Belə ki, informasiya və rabitə sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin martın 1-nə 764,9 milyon manat, ötən ilin aprelin 1-nə isə 635,9 milyon manat təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların kredit portfeli 30,290 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,5% (16,215 milyard manat), istehlak kreditlәri 31,3% (9,491 milyard manat) vә ipoteka kreditlәri 15,2% (4,585 milyard manat) təşkil edib.
