"UnionPay" ödəniş kartları üzrə əməliyyatların həcmi açıqlandı

İqtisadiyyat Materials 4 May 2026 15:34 (UTC +04:00)
"UnionPay" ödəniş kartları üzrə əməliyyatların həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş "UnionPay" kartları (o cümlədən statistik vahidin ödəniş kartları) üzrə əməliyyatların sayı 1,9 min ədəd, həcmi isə 210 min manatdan çox təşkil edib.

Bu barədə Trend-ə Azərbaycanın Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, ötən ilin mart ayı ilə müqayisədə "UnionPay" kartları üzrə əməliyyatların sayı 1,7 mindən çox və ya 9,5 dəfə artıb, həcmi isə 170 min manatdan çox və ya 5,25 dəfə artıb.

Bundan əlavə, hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş "UnionPay" kartları üzrə əməliyyatların sayı 1,7 min vahid, həcmi isə 200 min manatdan çox olub.

Qeyd edək ki, rezident maliyyə təşkilatları tərəfindən buraxılmış ödəniş kartları üzrə əməliyyatların sayı və həcmi ölkə ərazisində fəaliyyət göstərən maliyyə təşkilatları (yerli banklar və ya maliyyə institutları) tərəfindən emissiya edilmiş ödəniş kartları ilə həyata keçirilmiş əməliyyatların ümumi sayını və həcmini əhatə edir.

Qeyri-rezident maliyyə institutları tərəfindən emissiya edilmiş ödəniş kartları üzrə əməliyyatların sayı və həcmi isə xaricdə fəaliyyət göstərən banklar və maliyyə institutları tərəfindən verilmiş ödəniş kartlarından istifadə edilməklə Azərbaycanda həyata keçirilən əməliyyatların ümumi sayını və məbləğini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti