Bakı.Trend:
İran Birləşmiş Ərəb Əmirliklərinin ADNOC dövlət neft şirkətinə məxsus tankerə hücum edib.
Trend xəbər verir ki, bu barədə BƏƏ-nin Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
BƏƏ DİN tankerin Hörmüz boğazından keçidi zamanı pilotsuz uçuş aparatlarının hücumuna tuş gəldiyini bildirib və bu hücumu “terror” kimi dəyərləndirərək, qəti şəkildə pisləyib.
“BƏƏ ən kəskin şəkildə ADNOC şirkətinə məxsus tankerin Hörmüz boğazından keçidi zamanı İranın iki pilotsuz uçuş aparatı ilə həyata keçirilən terror hücumunu pisləyir və bundan dərin hiddətini bildirir”, - deyə DİN-in X platformasında yayımlanan bəyanatında qeyd olunur.
Bildirilir ki, hücum nəticəsində xəsarət alan olmayıb.
