Sabah Bakıda 19 dərəcə isti olacaq

Cəmiyyət Materials 4 May 2026 12:50 (UTC +04:00)
Sabah Bakıda 19 dərəcə isti olacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı.Trend:

Mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti