Azərbaycan–İtaliya xətti: ticarət böyüyür, investisiyalar artır, enerji əsas drayverdir

İqtisadiyyat Materials 4 May 2026 15:30 (UTC +04:00)
Azərbaycan–İtaliya xətti: ticarət böyüyür, investisiyalar artır, enerji əsas drayverdir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 11,860 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 469,5 milyon ABŞ dolları və ya 4,1% çoxdur.

Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 24%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında ilk pillədə qərarlaşıb.

2025-ci ildə Azərbaycandan İtaliyaya 11,3 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 467,2 milyon ABŞ dolları və ya təqribən 4,3% çoxdur. Bununla da hesabat dövründə İtaliya Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr sırasında lider mövqedə olub.

Hesabat ilində Azərbaycandan İtaliyaya 6,7 milyard ABŞ dolları dəyərində 13,1 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu göstərici ilə İtaliya hesabat ilində Azərbaycanın ən böyük neft məhsulları alıcısı olub. 2024-cü illə müqayisədə Azərbaycandan İtaliyaya sözügedən məhsulların ixracı dəyər ifadəsində 26,7 milyon ABŞ dolları və ya 0,4% azalıb, həcm baxımından isə 2,2 milyon ton və ya 19,7% artıb.

Hesabat dövründə Azərbaycan İtaliyadan 518,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 2,3 milyon ABŞ dolları və ya 0,4% artım deməkdir.

Təkcə bu ilin yanvar-mart aylarında isə Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 2,604 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 407,5 milyon ABŞ dolları və ya 13,5% azdır.

Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 27,69%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan İtaliyaya 2,489 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 421,9 milyon ABŞ dolları və ya təqribən 14,5% azdır. Bununla da hesabat dövründə İtaliya Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Dövr ərzində Azərbaycandan İtaliyaya ixrac əməliyyatlarının 29,9 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib. Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında İtaliya 3,47% payla 8-ci yerdə qərarlaşıb. Ötən ilin eyni dövründə Azərbaycandan İtaliyaya qeyri-neft məhsullarının ixracı qeydə alınmayıb.

Bundan başqa, bu ilin ilk rübündə Azərbaycandan İtaliyaya 1,614 milyard ABŞ dolları dəyərində 3,273 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 88,4 milyon ABŞ dolları və ya 5,2% az, həcm ifadəsində isə 217,9 min ton və yaxud 7,1% çoxdur.

Hesabat dövründə Azərbaycan İtaliyadan 115,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,4 milyon ABŞ dolları və ya 14,2% artım deməkdir.

İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşlarında da artım müşahidə edilir. Belə ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2025-ci ildə İtaliyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 21,956 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, bu, 2024-cü illə müqayisədə 15,1 milyon dollar və ya 3,2 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İtaliyadan reallaşan investisiyaların payı 0,3% təşkil edib.

Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində İtaliya iqtisadiyyatına 125,1 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 52,7 milyon dollar və ya 1,7 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan İtaliyaya yatırılan investisiyaların xüsusi çəkisi 4,9% təşkil edib.

2024-cü il ərzində İtaliyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 6,8 milyon dollar, əks istiqamətdə isə 72,4 milyon dollara bərabər olmuşdu.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycandan İtaliyaya 4,565 milyard ABŞ dolları dəyərində 9,604 milyard kubmetr təbii qaz (qaz şəklində) ixrac edilib.

Məlumata görə, 2024-cü ildəki göstərici ilə müqayisədə bu, dəyər ifadəsində 512,7 milyon ABŞ dolları və ya 12,6% artıb, həcm baxımından isə 194,2 milyon kubmetr və ya 2 faiz azalıb.

Bundan əlavə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan İtaliyaya 563,2 milyon ABŞ dolları dəyərində 1,494 milyard kubmetr təbii qaz (qaz şəklində) ixrac edilib.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 269,6 milyon ABŞ dolları və ya 32,4 faiz, həcm baxımından isə 128,3 milyon kubmetr və ya 7,9 faiz azalıb.

2025-ci ilin ilk iki ayında Azərbaycandan İtaliyaya 832,8 milyon ABŞ dolları dəyərində 1,494 milyard kubmbetr təbii qaz ixrac olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti