Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiya üzvlərinin sayı azaldılıb.
Trend-in əldə etdiyi məlumata görə, Nazirliyin Kollegiya üzvlərinin sayı 7-dən 5-ə endirilib.
Yeni qərara əsasən, Kollegiyanın üzvləri aşağıdakılardan ibarət olacaq:
- Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri
- Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının rəhbəri
- “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru
Əvvəlki tərkibdə “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri və “Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru da Kollegiyanın üzvü idi.
Kollegiyanın sədri isə dəyişməyib. Bu vəzifəni Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri icra edir.
