Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna qoyulmuş kreditlərin həcmi 624,2 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 23,3 milyon manat və ya 3,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 138,8 milyon manat və ya 18,2% azdır.
Qeyd edək ki, ümumilikdə bu ilin aprelin 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,932 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 368 milyon manat və ya 1,1%, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,2% artım deməkdir.
