Putin Dağıstan rəhbərini vəzifədən azad edib

Dünya xəbərləri Materials 4 May 2026 16:57 (UTC +04:00)
Putin Dağıstan rəhbərini vəzifədən azad edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya Prezidenti Vladimir Putin Sergey Melikovu Dağıstan Respublikasının rəhbəri vəzifəsindən azad edib.

Trend xarici mediaya istinadən xəbər verir ki, Putin bu barədə müvafiq fərman imzalayıb.

Sənəd Rusiyanın hüquqi aktlar portalında dərc edilib.

“Dağıstan Respublikasının rəhbəri Melikov S.A.-nın öz istəyi ilə istefası qəbul olunsun”, - deyə fərmanda qeyd olunur.

Dağıstanda boş qalmış posta müvəqqəti olaraq Fedor Şukin təyin olunub. O, buna qədər Dağıstan Ali məhkəməsinin sədri vəzifəsini tutub.

Əlaqəli mövzular:

Xəbər lenti

Xəbər lenti