ABŞ-də "Son zəng" şənliyində atışma - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 4 May 2026 10:59 (UTC +04:00)
ABŞ-də "Son zəng" şənliyində atışma - Ölən və yaralananlar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin İndianapolis şəhərində (İndiana ştatı) buraxılış günü ilə bağlı keçirilən şənlikdə silahlı insident baş verib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, insident orta məktəbin “Son zəng” şənliyi üçün icarəyə götürülmüş evlərin birində baş verib. Çağırış üzrə hadisə yerinə gələn polis bir yeniyetmə qızı ağır yaralı vəziyyətdə aşkarlayıb. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq aldığı yaralardan dünyasını dəyişib. Daha sonra əlavə 2 nəfər də güllə yarası ilə xəstəxanaya təxliyə olunub.

Polis faktla bağlı araşdırma aparır. Atəş açan şəxsin kimliyi və cinayətin motivləri hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti