Ötən ay 31 nəfər dərmandan zəhərlənib

Cəmiyyət Materials 4 May 2026 09:52 (UTC +04:00)
Ötən ay 31 nəfər dərmandan zəhərlənib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə aprel ayında ümumilikdə 79 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Bu barədə Trend-ə KTM-dən məlumat verilib.

Məlumata görə, pasiyentlərdən 31 nəfər dərman preparatlarından, 5 nəfər siçan dərmanından (rodentisid), 19 nəfər sirkə turşusundan, 1 nəfər yandırıcı məhluldan, 3 nəfər yeyici məhlullardan, 3 nəfər həşərat dərmanından, 3 nəfər ilan sancmasından, 6 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 3 nəfər anafilaktik şokdan, 3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.

Bildirilib ki, 74 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 5 nəfərin (1 qadın və 4 kişi) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri spitli içki, fosfor üzvi birləşmə və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti