Yaponiyada uşaq sayı rekord aşağı səviyyəyə enib

Dünya xəbərləri Materials 4 May 2026 19:42 (UTC +04:00)
Yaponiyada uşaq sayı rekord aşağı səviyyəyə enib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyada yaşı 15-dən az olan uşaqların sayı tarixi minimumu yeniləyib.

Trend xəbər verir ki, bunu hər il mayın 5-də qeyd olunan "Uşaqlar Günü" ərəfəsində Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi tərəfindən açıqlanan statistik məlumatlar əks etdirir.

Məlumata əsasən, 2026-cı il aprelin 1-nə olan vəziyyətə görə ölkədə 15 yaşadək 13,29 milyon uşaq qeydə alınıb ki, bu da ötən illə müqayisədə 350 min nəfər azdır. Bu göstərici 1950-ci ildən - yəni müvafiq statistikanın aparılmasına başlanıldığı vaxtdan bəri ən aşağı səviyyədir. Eyni zamanda, Yaponiyada uşaqların sayı artıq ardıcıl olaraq 45-ci ildir ki, azalır.

Həmçinin qeyd olunur ki, uşaqların ümumi əhali sayındakı payı da il ərzində 0,3 faiz bəndi azalaraq 10,8 faizə düşüb. Bu da yeni antirekord hesab olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti