Prezident İlham Əliyev: Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur

Siyasət Materials 4 May 2026 13:06 (UTC +04:00)
Prezident İlham Əliyev: Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 30 il kağız üzərində qalan 4 qətnaməsini biz özümüz həyata keçirdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında söyləyib.

“Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkəninki ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti