Azərbaycanda mart ayında "American Express" kartları ilə aparılmış əməliyyatların həcmi açıqlandı

İqtisadiyyat Materials 4 May 2026 23:50 (UTC +04:00)
Azərbaycanda mart ayında "American Express" kartları ilə aparılmış əməliyyatların həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “American Express” kartlarından (habelə statistik vahidin ödəniş kartlarından) istifadə olunmaqla aparılmış əməliyyatların sayı 6,3 min vahid təşkil edib, tranzaksiyaların həcmi isə 400 min manatdan çox olub.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə “American Express” kartları ilə aparılan əməliyyatların sayı 300 vahiddən çox və ya 24,7 faiz azalıb, əməliyyatların həcmi isə 200 min manatdan çox və ya 33,3 faiz azalma nümayiş etdirib.

Hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış "American Express" kartlarından istifadə etməklə aparılmış əməliyyatların sayı 1,2 min vahid, həcmi isə 800 min manat təşkil edib.

Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmiş bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan tranzaksiyalardır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti