Rusiya 8 və 9 may tarixlərində Ukrayna ilə atəşkəs elan edib

Dünya xəbərləri Materials 4 May 2026 21:37 (UTC +04:00)
Rusiya 8 və 9 may tarixlərində Ukrayna ilə atəşkəs elan edib

Bakı. Trend:

Rusiya Müdafiə Nazirliyi 8 və 9 may tarixlərində Qələbə Günü münasibətilə atəşkəs elan olunduğunu açıqlayıb.

Trend xəbər verir ki, qərar Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin tapşırığı əsasında qəbul edilib.

Nazirlik qeyd edib ki, Moskva atəşkəslə bağlı qərar fonunda Kiyevin də eyni addımı atacağına ümid edir.

Xəbər lenti

Xəbər lenti