Tramp neft qiymətlərində kəskin eniş olacağını proqnozlaşdırır

Dünya xəbərləri Materials 5 May 2026 04:12 (UTC +04:00)
Tramp neft qiymətlərində kəskin eniş olacağını proqnozlaşdırır

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İranla münaqişə başa çatdıqdan sonra neft qiymətlərinin sürətlə ucuzlaşacağını bəyan edib.

Trend xəbər verir ki, o, bu fikirləri Ağ Evdə çıxışı zamanı səsləndirib.

Trampın sözlərinə görə, hazırda Hörmüz boğazında çoxlu sayda neft tankeri faktiki olaraq hərəkətsiz vəziyyətdədir və bu amil qiymətlərə təsir göstərir.

“Fikrimcə, müharibə bitən kimi qiymətlər çox sürətlə və əhəmiyyətli dərəcədə aşağı enəcək, hətta indiyədək müşahidə olunmayan səviyyəyə qədər”, – deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti