Bakı. Trend:
Futbol üzrə İngiltərə Premyer Liqasında XXXV tura yekun vurulub.
Trend xəbər verir ki, turun bağlanış oyununda "Mançester Siti" səfərdə "Everton"la qarşılaşıb. Kifayət qədər dramatik alınan görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.
İlk hissədə hesabı açan qonaqlar fasiləyə üstün yollanıblar. İkinci hissəyə daha yaxşı başlayan meydan sahibləri "şəhərlilər"in qapısından 3 top keçiriblər. Məğlubiyyətlə barışmaq istəməyən Mançester təmsilçisi 2 qol vuraraq yekunda heç-heçəyə nail olub.
Bu nəticədən sonra xallarının sayını 71-ə çatdıran "Mançester Siti" 2-ci pillədə qərarlaşıb. Ehtiyatda bir oyunu olan "şəhərlilər" lider "Arsenal"dan 7 xal geri qalır.