"Napoli" DÇ-2026-dan əvvəl braziliyalı vingeri transfer etmək istəyir

İdman Materials 5 May 2026 00:30 (UTC +04:00)
"Napoli" DÇ-2026-dan əvvəl braziliyalı vingeri transfer etmək istəyir

Bakı. Trend:

"Zenit"in vingeri Luiz Enrike Andre “Napoli”yə keçə bilər.

Trend "Legalbet"ə istinadən xəbər verir ki, Neapol klubu braziliyalı futbolçu ilə maraqlanır və onu DÇ-2026 başlamazdan əvvəl transfer etmək istəyir. İtalyanlar Peterburq təmsilçisinə 35-40 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, cari mövsümdə Rusiya Premyer Liqasında 25 yaşlı futbolçu 26 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti