Bakı. Trend:
ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Ev yaxınlığında polis əməkdaşlarının iştirakı ilə silahlı insident qeydə alınıb.
Trend xəbər verir ki, hadisə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi yaralayıb.
Onun səhhəti ilə bağlı isə hələlik dəqiq məlumat verilməyib.
Hadisə baş verən ərazi dərhal nəzarətə götürülərək mühasirəyə alınıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
Bir müddət sonra isə ətraf küçələrdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.
Rəsmi mənbələr ABŞ Prezidenti Donald Trampın təhlükəsiz yerdə olduğunu açıqlayıb.