"Real"ın müdafiəçisi üçün mövsüm erkən başa çatdı

İdman Materials 5 May 2026 03:29 (UTC +04:00)
"Real"ın müdafiəçisi üçün mövsüm erkən başa çatdı

Bakı. Trend:

İspaniyanın "Real" klubunun heyətində itki baş verib.

Trend xəbər verir ki, müdafiəçi Ferlan Mendi sıradan çıxıb.

Fransalı futbolçu La Liqanın 34-cü turunun "Espanyol"la matçında (2:0) zədələnib. Mendinin sağ ayaq əzələsində zədə aşkarlanıb. 30 yaşlı müdafiəçi mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Ferlan Mendi bu mövsüm Madrid təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.

Xəbər lenti

Xəbər lenti