İranın müharibədən sonrakı bərpasına 20 il vaxt lazım gələcək - Tramp

Dünya xəbərləri Materials 5 May 2026 13:15 (UTC +04:00)
İranın müharibədən sonrakı bərpasına 20 il vaxt lazım gələcək - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İsrailin hərbi əməliyyatı başa çatdıqdan sonra İran hakimiyyətinə ölkəni bərpa etmək üçün 20 il lazım gələcək.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp radioaparıcı Hyu Hyuitə müsahibəsində bildirib.

“Əgər biz bu gün getsəydik (əməliyyatı başa çatdırsaydıq-red), onların ölkələrini bərpa etməsi üçün 20 il vaxt lazım gələrdi və o, artıq heç vaxt əvvəlki kimi olmayacaq”,- deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti