Bakı. Trend:
Azərbaycan Basketbol Liqasında 2025/2026-cı illər mövsümünün qalibi bəlli olub.
Trend-in məlumatına görə, final seriyasının üçüncü oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil edilən qarşılaşma "bayquşlar"ın 108:95 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi - 98:93, 112:84.
Bununla da, Rimas Kurtinaytis ardıcıl dördüncü dəfə Azərbaycan çempionu olub.
