Bakı. Trend:
Varlı ailələrin uşaqları aşağı sosial iqtisadi statusa malik olan yaşıdlarını təməl öyrənmə bacarıqları üzrə 58 bal qabaqlayır.
Trend xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair təhsil mütəxəssisləri və media nümayəndələri üçün məlumatlandırma sessiyasında bildirib.
Onun sözlərinə görə, aşağı sosial-iqtisadı statusa malik ailələrin uşaqlarının təməl öyrənmə bacarıqları 472, varlı ailələrin nəticələri isə 530 meyar olub.
"Sosial statusu aşağı ailələrdən olan uşaqların 22 faizi isə ölkə üzrə yüksək nəticə göstərənlərin onluğuna düşüb", - o, qeyd edib.
